BOKT “Forfinance” MMC olaraq Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə imzalanmış “Ağacəkmə tədbirləri üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu” çərçivəsində keçirilən ağacəkmə aksiyasında iştirak etdik.
Təbiətə qayğı göstərmək, yaşıllıqları artırmaq və ətraf mühitin qorunmasına öz töhfəmizi vermək bizim üçün xoş və dəyərli bir təşəbbüsdür.
İnanırıq ki, bu gün əkilən hər bir ağac sabah daha sağlam, daha yaşıl və gözəl gələcəyin bir parçası olacaq.
