Bank Olmayan Kredit Təşkilatı “FORFINANCE” ” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankının verdiyi 18.06.2025 ci il tarixli BKT 50 saylı lisenziya əsaslnda fəaliyyət göstərir.
Məqsədimiz – peşəkar komandamız və etibarlı tərəfdaşlarımızla birgə, müştərilərimizə müasir yanaşmalarla hazırlanmış geniş çeşidli maliyyə xidmətləri təqdim edərək, uzunmüddətli və qarşılıqlı etimada əsaslanan münasibətlər qurmaqdır.
Təşkilat bazarda baş verən dəyişiklikləri daim izləyir, müştərilərin ehtiyaclarına uyğun yeni və innovativ kredit məhsulları ilə çıxış edir. Satış strategiyalarımız dövrün tələblərinə uyğun olaraq davamlı təkmilləşdirilir.
Rəqəmsallaşma sahəsində inkişafa xüsusi önəm verilir və bu istiqamətdə resurslar planlı şəkildə yönləndirilir.
Strateji məqsədimiz – xidmət göstərdiyimiz sektorda innovasiyalara əsaslanan kredit həlləri ilə fərqlənən, müştəri yönümlü və dayanıqlı fəaliyyət göstərən aparıcı maliyyə qurumlarından birinə çevrilməkdir.
Xidmətlərimiz əsasən fiziki şəxslərə, fərdi sahibkarlara, eləcə də kiçik və orta biznes subyektlərinə yönəlib.
%
Təsdiqlənmiş kreditlər
₼K
Ayrılmış kreditlər
Məmnun müştəri
Komandamız